Siyasət

Prezident növbəti yeddi ilin əsas tezisi kimi üç məsələni müəyyənləşdirdi – RƏY + FOTO

Sharing is caring!


Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı 20 illik bir dövrün hesabatı və bundan sonrakı yeddi ildə görüləcək işlərlə bağlı əsas istiqamətləri özündə əks etdirir.

Bunu “Report”a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Deputat dövlət başçısının ötən 20 illik prezidentlik dövrünü uğurlar və qalibiyyətlər dövrü adlandırıb:

“Əgər biz Prezident İlham Əliyevin fəaliyyəti dövrünə baxsaq, görəcəyik ki, hər bir addım özündən sonrakı mühüm strateji vəzifələri icra etmək üçün atılıb. Nəticədə bizim 2016-cı ildə və ondan sonrakı mərhələlərdə əldə etdiyimiz qalibiyyətlər bir-birini tamamlamaqla vahid qələbəmizə gətirib çıxarıb. Azərbaycan xalqının 100 illik arzusu reallaşıb, “Dağlıq Qarabağ” adlı problem ölkəmizin tarixindən silinib. Ona görə də, Azərbaycan Prezidenti qeyd etdi ki, onun Xankəndidə səs verərkən qutuya atdığı bülleten sadəcə bülleten deyildi, erməni separatizminin tabutuna vurulan sonuncu mismar idi”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti yeni dövrün əsas səciyyəvi istiqamətləri və prioritetləri kimi ilkin məqsəd üçün üç əsas məsələni müəyyənləşdirib:

“Bunlardan birincisi, ordu və hərbi sənaye quruculuğu, ikincisi iqtisadi inkişaf, üçüncüsü isə ən müasir innovativ texnologiyaların tətbiqi ilə Azərbaycan iqtisadiyyatını yeni keyfiyyət mərhələsinə qaldırmaq və bundan doğan münasibətlər sistemində vətəndaşımızın sosial rifahının təmin olunması məsələsidir. Yəni Azərbaycan Prezidenti növbəti yeddi ilin əsas tezisi kimi üç məsələni müəyyənləşdirdi: güclü iqtisadiyyat, güclü ordu və güclü xarici siyasət. İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun tamamilə yeni inkişafından danışdı. Düşünürəm ki, müasir texnologiyaların tətbiqi ilə Azərbaycanda iqtisadi münasibətlərin və onların gətirəcəyi rifahın növbəti yeddi ildə prioritet olması gerçəkliyə çevriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir