Siyasət

“İzvesita”: “İlham Əliyev qeyd-şərtsiz qələbə qazanıb”

Sharing is caring!


“Azərbaycanda prezident seçkiləri keçirilib. Hazırkı dövlət başçısı İlham Əliyev 92 faizdən çox səs toplayaraq qeyd-şərtsiz qələbə qazanıb və beşinci müddətə seçilib. Kampaniyanın əsas özəlliyi səsvermənin ilk dəfə Qarabağda da baş tutması idi”.

Bu barədə Rusiyanın “İzvestiya” nəşrinin ölkəmizdə keçirilən növbədənkənar prezident seçkisiylə bağlı hazırladığı reportajda deyilir.

“Səsvermənin nəticəsinə heç kim şübhə etmirdi. Hazırki dövlət başçısı İlham Əliyev şəksiz favorit sayılırdı”, – deyə materialda bildirilir.

“Seçki günü Rusiya nümayəndə heyəti Qarabağa gedib. Hər bir Azərbaycan kəndinin girişində 2020-ci il müharibəsində həlak olan şəhidlərin – hərbçilərin fotoşəkillərindən ibarət stendlər var idi. Kənd qəbiristanlıqlarında ayrıca xiyabanlar var, orada qəbirlər çardaqlarla örtülüb və dövlət bayraqları ilə bəzədilib. Qarabağa daxil olarkən təhlükəsizlik qüvvələri pasportları yoxlayırlar, sonra ayrı-ayrı rayonların sərhədlərində keçid məntəqələri var. Rayonda yolların kənarında ətrafın minalanmış olduğunu xəbərdar edən lövhələr quraşdırılıb. Məlumdur ki, 2020-ci il müharibəsindən sonra 350 nəfər partlayıcı qurğuların qurbanı olub. Yol kənarlarında dağılmış və atılmış evlər görünür. Eyni zamanda minalardan təmizlənmiş ərazilərdə tikinti texnikası işləyir, yeni yollar, körpülər tikilir”, – deyə nəşrin Azərbaycanda olmuş müxbiri səfər təəsüratlarını bölüşüb.

Həmçinin, məqalədə bildirilir ki, seçkinin ilkin nəticələri açıqlandıqdan sonra Bakının mərkəzində şənliklər başlayıb.

“Mərkəzi meydanlara toplaşan yüzlərlə insan dövlət bayraqlarını dalğalandırır, bir-birini təbrik edir, dövrə vuraraq rəqs edirdilər. Bəziləri İlham Əliyevin portretləri ilə gəzirdilər. Sürücülər izdihamı səs siqnalı ilə salamlayırdılar. Səsvermə epoxal idi. Respublika əvvəlki inkişaf mərhələsinin üstündən xətt çəkdi və bu mərhələdə bütün səylər Qarabağ məsələsinin həllinə sərf olunaraq müsbət nəticə qazanıldı”, – materialda vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir