Siyasət

Şamil Ayrım: “Biz hər zaman Azərbaycanın yanında olacağıq”

Sharing is caring!


Türkiyə parlamentinin nümayəndə heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.

Oxu.Az-ın məlumatına görə, heyətin rəhbəri Şamil Ayrım bildirib ki, xalqın əksəriyyəti İlham Əliyevə səs verib:

“Xalq ilk dəfə bütöv Azərbaycan ərazisində səs verdi. Əksəriyyət müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verdi. Azərbaycan 44 günlük müharibə, ardınca antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev sülh prosesinin icrasına nail olacaq. Biz hər zaman Azərbaycanın yanında olacağıq. Azərbaycanın sabitlik içərisində olması heç kimi narahat etməməlidir. Azərbaycan xalqını isə bu seçiminə görə təbrik edirik”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir