Siyasət

Xankəndi seçki dairəsinin sədri: “Bu seçki bizim üçün bayram seçkisidir”

Sharing is caring!


Qarşıdan gələn növbədənkənar prezident seçkisi bizim üçün bayram seçkisidir.

Bunu “Report”un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşına 122 saylı Xankəndi seçki dairəsinin sədri Mədinə Abbasova deyib.

O qeyd edib ki, Xankəndi şəhəri 14-saylı seçki məntəqəsi artıq fəaliyyətə başlayıb: “Xoşbəxtik ki, tarixi anlar yaşayırıq. Burada yeni məntəqənin açılması böyük uğur, unudulmaz tarixi hadisədir. Bütün qəlbimizlə, ruhumuzla bu qüruru, fərəhi hiss edirik”.

M.Abbasova bildirib ki, hazırda prezident seçkisinə hazırlıqla əlaqədar son tamamlanma işlərini aparmaq üçün yenidən məntəqədədirlər və artıq bu məntəqə hazır vəziyyətdədir.

“Xankəndi şəhərindən olan seçicilərimiz çox böyük ruh yüksəkliyi ilə sanki bayrama hazırlaşırmış kimi seçkiyə hazırlaşıblar. Elə həqiqətən də, bu seçki bizim üçün bayram seçkisidir. 14 saylı məntəqəmizin seçici siyahısında olan bütün seçicilərimizin hər birini 7 fevral prezident seçkisi ilə əlaqədar Xankəndi şəhərində səsvermə hüququndan istifadə etməyə dəvət edirəm”, – o deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir