Siyasət

Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilib

Sharing is caring!


Yeni təsis edilən Beynəlxalq Çövkən Federasiyasının prezidenti bəlli olub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) mətbuat xidmətindən verilən məlumata görə bu vəzifəyə Bəhruz Nəbiyev seçilib.

Polşanın nümayəndəsi Matsey Miçel Olbriç isə qurumun baş katibi olub.

Baş Assambleyanın fevralın 2-də keçiriləcək yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir