Siyasət

Məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbə də veriləcək

Sharing is caring!


“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarələrinin ekspertlərinə bu orqanların işçiləri üçün qanunla müəyyən edilmiş qaydada xüsusi və ya hərbi rütbə veriləcək.

Buna qədər məhkəmə ekspertizası idarələrinin ekspertlərinə qanunla müəyyən edilmiş qaydada yalnız xüsusi rütbələr verilirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir