Siyasət

İcma: “AŞPA-nın Azərbaycana qarşı təxribatı bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha üzə çıxardı”

Sharing is caring!


“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı son təxribat bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha üzə çıxardı”.

Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

“Biz buna AŞPA-nın Ermənistan üzrə həmməruzəçilərinə qayıdış hüququmuzla məşğul olmaq çağırışı ilə 1 mart 2023-cü il tarixində göndərdiyimiz məktuba cavab verilməyəndə tam əmin olmuşduq”, – deyə icmadan qeyd olunub.

Bəyanatda vurğulanıb ki, Ermənistandan olan deputatların AŞPA-nın anti-Azərbaycan qətnaməsini dəstəkləməsi isə Ermənistanın sülhlə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını göstərir:

“Bir tərəfdən sülh müqaviləsindən danışıb, o biri tərəfdən isə 2023-cü ilin yay aylarında olduğu kimi yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etmək qəbuledilməzdir”.

Qeyd edək ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentari ötən gün Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış edib. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir