Siyasət

İranda məşhur repçiyə qarşı ağır ittihamlar irəli sürülüb – VİDEO

Sharing is caring!


2021-ci ildən bəri İran hakimiyyəti tərəfindən dəfələrlə həbs olunan və işgəncələrə məruz qalan məşhur rep ustası Tumac Salehiyə qarşı yeni ağır ittihamlar irəli sürülüb. Beləliklə, musiqiçinin günahlandırıldığı maddələrin sayı 10-a çatıb.

Bu barədə dissident repçinin vəkili Əmir Rəisiyan özünün “X” səhifəsində  məlumat verib.

Vəkilin bildirdiyinə görə, repçiyə qarşı irəli “dövlət əleyhinə silahlı və qrup şəklində qiyam”, həmçinin “milli təhlükəsizlik əleyhinə cinayət törətmək üçün gizli qruplaşma yaratmaq” maddələri ilə ittiham irəli sürülüb.

“Halbuki, əvvəla, cinayət işində nəinki qrup, hətta bir nəfər də başqa müttəhim yoxdur ki, Tumacın cinayət ortağı sayılsın, ikincisi, onun üzərində silah bir yana, heç mətbəx bıçağı da tapılmayıb”, – deyə vəkil əlavə edib.

Qeyd edək ki, Tumac Salehi sonuncu dəfə 2023-cü il noyabrın 30-da silahlı şəxslər tərəfindən zorakılıqla saxlanılaraq İsfahan şəhər mərkəzi həbsxanasına salınıb, bu il yanvarın 1-də isə “yalan məlumatlar yaymaq və ictimai fikri çaşdırmaq” ittihamı ilə bir il həbs cəzasına məhkum edilib.

Bu barədə daha ətraflı “Azad İran” “YouTube” kanalının yayımladığı videosüjetdə:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir