Siyasət

Baş prokuror erməni separatçıların istintaq prosesindən danışıb

Sharing is caring!


“Erməni diversantlar torpaqlarımız işğaldan azad edilməmişdən əvvəl Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstəriblər. Onlar həmin qanunsuz hərəkətləri Ermənistana tabe olmaqla törədib, separatçılıqla məşğul olublar”.

Oxu.Az-ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bütün bunlarla bağlı hərtərəfli istintaq tədbirləri həyata keçirilir:

“Orada görüləsi işlər çoxdur. Azərbaycan Respublikasının qoşulduğu bütün beynəlxalq konvensiyaların tələbinə və milli qanunvericiliyə uyğun olaraq bütün istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşdıqdan sonra bütün ittihamlar məhkəməyə göndəriləcək və bununla bağlı məlumat veriləcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir