Siyasət

Qarabağ Xronikası: Ermənistan ordusu əkdiyini biçir – VİDEO

Sharing is caring!


“Qarabağ xronikası” verilişinin 128-ci buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda restoranda ziyafət zamanı üzərində olan tapançadan mülki vətəndaşlara atəş açan Ermənistanın Milli Qəhrəmanı, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq birinci müavini general-leytenant Tiran Xaçatryandan bəhs edib.

Bildirilib ki, general-leytenant T.Xaçatryan Nikol Paşinyan hakimiyyətinə qarşı çıxış edən yüksəkrütbəli hərbçilərdəndir:

“Elə vəzifəsindən də azad edilməsinə səbəb digər hərbçilərlə birlikdə Nikol Paşinyanı hakimiyyəti ilə birlikdə istefaya çağırması olub. Həmin dövrdə, yəni 2021-ci ilin fevralında Ermənistan hakimiyyəti onların bu addımını hərbi çevriliş cəhdi kimi qiymətləndirərək T.Xaçatryan da daxil olmaqla xeyli sayda yüksəkrütbəli hərbçiləri istefaya göndərdi”.

Qeyd olunub ki, Ermənistan Silahlı Qüvvələrində bu cür cinayətlərin sayı-hesabı çoxdur:

“Əgər işğal dövründə belə cinayətlər Azərbaycan tərəfindən açılan atəş kimi təqdim edilirdisə, bu gün artıq bu saxtakarlıqlar mümkünsüz olub. Dünən ordu sıralarında əsgəri əsgərə güllələtdirən və bu cinayəti Azərbaycanın üstünə atmaq istəyən general və “milli qəhrəmanlar” bu gün mülki mühitdə əllərinin altında olan silahla sivillərə atəş açırlar. Bunun isə bir izahı var: Ermənistan cəmiyyəti uzun illərdir “əkdiklərini biçir”.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir