Siyasət

Azərbaycanda casusluğa görə saxlanılan Martin Rayan Fransa tərəfindən istifadə edilib – FOTO

Sharing is caring!


Azərbaycanda casusluqda şübhəli bilinərək həbs edilən fransalı Martin Rayanın atası “Associated France Press”ə verdiyi müsahibədə oğlunun casusluqda əli olduğunu açıqlayıb.

Kişinin sözlərinə görə, Rayan atası ilə son telefon danışığında onun işi ilə Fransa – Azərbaycan diplomatik gərginliyi arasında əlaqə olduğunu qeyd edib.

“O, bir gün dedi ki, məndən alət kimi istifadə etmək istəyirlər”, – deyə Rayanın atası bildirib.

Yaşlı şəxs oğlundan istifadə etmək istəyənlərin Azərbaycandan qovulan iki fransalı diplomat olduğuna da eyham vurub.

Sual yaranır: Diplomatik toxunulmazlıqdan istifadə edən və casusluğa görə ölkəmizdən çıxarılan Fransa kəşfiyyatçıları Martin Rayandan necə “alət” kimi istifadə etmək istəyiblər?

Əminik ki, istintaq bu və bir çox digər suallara cavab verəcək. Bununla belə, Martin Rayanın diplomat pərdəsi altında ölkəmizdən qovulmuş kəşfiyyatçılarla əlbir hərəkət etməsi, artıq heç kəsdə şübhə doğurmur. Bu onun qoca atasının təsadüfən dilindən qaçırdığı açıqlamalarla da öz təsdiqini tapır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir