Siyasət

Mixail Qaluzin: “Sülh müqaviləsinin imzalanacağı yeri Bakı və İrəvan özləri seçəcəklər”

Sharing is caring!


“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanma tarixi və yeri bu dövlətlər tərəfindən müstəqil şəkildə müəyyənləşdiriləcək”.

Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada sazişin imzalanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək bu dövlətlərin özlərinin səlahiyyətindədir”, – deyə Qaluzin qeyd edib.

O vurğulayıb ki, müqavilənin harada və nə vaxt imzalanacağı ilə bağlı heç kimin Bakı və İrəvanın yerinə qərar vermək hüququ yoxdur.

Eyni zamanda, diplomat bildirib ki, Moskva Cənubi Qafqazda baş verənlərə biganə qala bilməz. Onun fikrincə, regionda “Qərbin möcüzəvi yardımı”na güvənmək illüziyadır və təhlükəlidir.

“Serbiya Kosovosu, İraq, Əfqanıstan, Liviya, Suriya, Ukrayna nümunələri birbaşa göstərir ki, tanınmış “demokrat”ların və “barışdırıcı”ların müdaxiləsi hansı nəticələrə gətirib çıxarır”, – deyə Qaluzin fikrini yekunlaşdırıb.

Mənbə: “RİA Novosti”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir