Siyasət

2023-cü ildə Azərbaycanın xarici siyasəti: Ceyhun Bayramov istiqamətləri açıqladı

Sharing is caring!


“2023-cü il Azərbaycanın xarici siyasəti baxımından məzmunlu oldu. Azərbaycan özünün suverenliyini bərpa edib”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, 2023-cü ildə Azərbaycan ikitərəfli münasibətlərini inkişaf etdirib. “Qonşu dövlətlərlə – Türkiyə, Rusiya, İran, Gürcüstanla ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirilib”, – deyə nazir əlavə edib. 

Ceyhun Bayramov deyib ki, 2023-cü ildə Azərbaycana qarşı təhdidlər də olub, lakin düzgün və konstruktiv siyasət nəticəsində təhlükəsizlik təmin edilib.

Nazir deyib ki, Azərbaycan 2023-cü ildə Mərkəzi Asiya regionu ilə, Afrika regionu ilə, Çinlə, Avropa ilə əlaqələrini inkişaf etdirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir