Siyasət

Xalqımıza Böyük Zəfəri yaşadan Liderin doğum günü – VİDEO

Sharing is caring!


Baku TV-də Prezident İlham Əliyevin doğum günü ilə bağlı reportaj efirə gedib.

Süjetdə jurnalist Toğrul Kamalov Prezidentin azad olunmuş ərazilərə silsilə səfərləri, “Böyük Qayıdış” proqramı çərçivəsində doğma ata-baba yurdlarına köçən sakinlərlə görüşlərindən bəhs edib:

“Laçında sakinlərin Prezidentdən etdikləri xahişin həlli üçün yerindəcə tapşırıq verilməsi bir daha dövlət başçısının hər bir vətəndaşın qayğısına şəxsən qaldığının bariz nümunəsi idi”.

Qeyd edilib ki, Prezidentin Zəngilanın Ağalı sakinləri ilə görüşlərində də səmimi anlar yaşanıb.

Reportajda Zəngilan sakinlərinin Prezidentlə görüşlərindən xatirələri də yer alıb.

“Sevincimizdən ağlayırdıq. Dövlət başçısı dedi ki, mən başa düşürəm, sizin göz yaşlarınız sevinc göz yaşlarıdır. Məndən soruşdu ki, bu torpaqlarda nə edəcəksən? Dedim ki, istəyirəm burada güllü bağ salım”, – deyə Ağalı sakini söyləyib.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir