Siyasət

Prezident seçkisi ilə əlaqədar seçicilərə məlumatların verilməsi formaları təsdiqlənib

Sharing is caring!


Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar seçicilərə məlumatların verilməsi formaları təsdiqlənib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Komissiya sədrinin müavini Rövzət Qasımov qeyd edib ki, seçki ilə bağlı seçicilərin ən çox adət etdiyi məlumatlandırma metodu bildiriş vərəqələridir:

“Seçicilərin məlumatlandırılması ilə əlaqədar müvafiq sənədlərdə seçicinin adı, soyadı, atasının adı, seçki günü, yeri, səs verəcəyi məntəqə qeyd edilir. 6 milyon 524 min 203 bildiriş müəyyən olunmuş mətbəə üsulu ilə hazırlanacaq”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir