Siyasət

Yeni Kaledoniya nümayəndəsi: “Hələ də Fransa müstəmləkəçiliyinin mənfi nəticələrini yaşayırıq”

Sharing is caring!


“Yeni Kaledoniya hələ də Fransanın müstəmləkəçilik siyasətinin mənfi nəticələrini yaşayır”.

“Report” xəbər verir ki, bunu Yeni Kaledoniya nümayəndəsi, EDIPOP Popular Editions şirkətinin prezidenti Brenda Hantipe Vanabe Bakıda “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

B.Vanabe Fransanın müstəmləkəçilik siyasətinin qurbanları kimi Kanak xalqının da hüquqlarının tanınmasının vacibliyini vurğulayıb. O, həmçinin Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizəni gücləndirməyə çağırıb.

Onun sözlərinə görə, alternativ həll yolu bu ölkə istehsalı olan məhsullardan imtina etmək ola bilər:

“Fransa şirkətlərinin Yeni Kaledoniyada fəallığı müstəmləkəçilik siyasətinin davam etdirilməsinin nümunəsidir. Torpaqlarımızda yerli istehsal təşviq edilməlidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir