Siyasət

Yeni Kaledoniya Assosiasiyasının rəhbəri: “Məqsədimiz Fransa hökmranlığından xilas olmaqdır”

Sharing is caring!


“Yeni Kaledoniya xalqının əsas məqsədi Fransa hökmranlığından qurtulmaq, sosial və siyasi müstəqillik əldə etməkdir”.

“Report” xəbər verir ki, bunu Tio (Yeni Kaledoniya) Rəssamlar Assosiasiyasının prezidenti Aleks Loik Oue Tura Bakıda “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Məqsədimiz gənc və yaşlı nəsillərin sosial məsələlər haqqında açıq danışa bildiyi xüsusi şəbəkə yaratmaqdır. Bu, Yeni Kaledoniyaya təhlükəsiz gələcəyə nail olmaq üçün lazımdır”, – o deyib.

Onun sözlərinə görə, artıq Yeni Kaledoniyada dekolonizasiya ilə mübarizə prosesi çərçivəsində sosial dəyişikliklər baş verməyə başlayıb: “Gənclərimiz sosial və iqtisadi azadlığa nail olmaq üçün getdikcə daha çox həvəslənirlər. Bundan əlavə, Fransanın müstəmləkəçilik siyasətinin nəticələri olan mental problemlərimizi necə həll edəcəyimizi düşünürük”.

A.Tura Bakı Təşəbbüs Qrupuna səylərinə görə, həmçinin bu cür məsələlərin müzakirə oluna biləcəyi platformanın təşkilinə görə təşəkkür edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir