Siyasət

Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq nazirliklərinin rəhbərlərinin Birgə Kommünikesi qəbul edilib

Sharing is caring!


Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq nazirliklərinin rəhbərlərinin görüşündə bərpa olunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, o cümlədən “yaşıl” enerjinin ixracı sahəsində əməkdaşlıq məsələlərini nəzərdə tutan Birgə Kommünike qəbul edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 14 noyabr 2023-cü il tarixində Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq Birgə Kommünike qəbul edilib. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov,  Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev imzalayıblar.

Birgə Kommünikedə bərpa olunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, “yaşıl” hidrogen və “yaşıl” ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Sənədə əsasən tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəliblər. Birgə Kommünikeyə uyğun olaraq regionda üçüncü ölkələr bu layihədə iştirak edə bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir