Siyasət

Cenevrə konfransında Fransa müstəmləkəçiliyinə qarşı mütəmadi iclasların keçirilməsi qərara alınıb

Sharing is caring!


Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində keçirilən beynəlxalq konfransda iştirak edən Fransa müstəmləkələrində müstəqillik uğrunda mübarizə aparan siyasi partiyaların rəhbər şəxsləri ayrıca iclas keçirərək, bir sıra məsələlər barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, “Neokolonializm: İnsan hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfrans çərçivəsində Cenevrədə bir araya gəlmiş Fransız Qvianası (MDES), Martinik (MODEMAS və PALİMA), Korsika (Azad Korsika), Qvadelupa (ANG, CİPPA, CİPN, FKNG, KSG, MİR-Qvadelupa və UPLG), Fransız Polineziyası (özləri ölkələrini Ma’o Nuii adlandırır) (TAVİNİ Huiraatiraa) və KANAKY (Yeni Kaledoniya) (FLNKS, MJKF) ölkələrindən olan millətçi və müstəqillik uğrunda mübarizə aparan təşkilatlar tam suverenliyə dair siyasi məqsədlərinə çatmaq üçün birgə addımların atılması imkanlarının gücləndirilməsi məqsədilə ölkələrində cari siyasi vəziyyətlərinə dair fikir mübadiləsi aparıblar.

Tərəflər beynəlxalq, regional və milli səviyyədə təşkilatlanmış mübarizə aparmağı qərara aldılar. İştirakçılar öz xalqlarına münasibətdə birgə siyasi həmrəylik fəaliyyətlərini birləşdirmək məqsədilə mütəmadi əsasda iclasların keçirilməsinə dair razılığa gəliblər.

İlk iclasda siyasi gündəlik müəyyənləşdiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir