Siyasət

Hafiz Paşayev: “ADA Universiteti üç illik ali təhsil modelinin tətbiqi üzərində işləyir”

Sharing is caring!


“Artıq gənclər qısa zamanda həm bilik, həm bacarıq əldə etməklə iş bazarına tam yararlı olmaq istəyirlər. Bu məqsədlə hazırda ADA Universiteti üç illik ali təhsil modelinin tətbiqi üzərində işləyir”.

Oxu.Az-ın məlumatına görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə proqramlar ali təhsili xüsusilə bölgələrdəki gənclərə daha əlçatan edəcək:

“Rəqabət mühitində universitetlər tədqiqat və innovasiya mərkəzlərinin fəaliyyətini artırmalı, iş bazarı və elm ocaqları bir-birinin ehtiyaclarından xəbərdar olmalı və onlar birlikdə qarşılanmalıdır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir