Siyasət

ABŞ dövlət katibinin köməkçisi: “Bakıda müsbət və konstruktiv görüşlər oldu”

Sharing is caring!


“Bakıda müsbət və konstruktiv görüşlər oldu”.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Azərbaycana səfəri ilə bağlı özünün “X” hesabında paylaşımında bəyan edib.

O, ABŞ dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovu və erməni həmkarı Ararat Mirzoyanı Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb.

“Prezident İlham Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini alqışlayır, katib Blinken isə sülh danışıqları üçün xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”, – deyə O`Brayen qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir