Siyasət

Efiopiyalı deputat: “Afrikada münaqişələr səbəbindən milyonlarla insan köç etmək məcburiyyətində qalır”

Sharing is caring!


“Afrikada münaqişələr səbəbindən milyonlarla insan köç etmək məcburiyyətində qalır”.

“Report” xəbər verir ki, bunu Efiopiya parlamentinin deputatı, xarici əlaqələr altkomissiyasının sədri Təvfiq Abdullahi Əhməd dekabrın 5-də Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, Afrikada da miqrasiya problemləri var və buna qarşı immunitet yoxdur:

“Bu gün Afrikada da münaqişələr nəticəsində milyonlarla insan fərqli ölkələrə köç etmək məcburiyyətində qalır. Belə ki, Efiopiya, az sayda olsa belə, Suriyadan miqrant qəbul edib. Həmçinin, Somalidə baş vermiş vətəndaş qarşıdurması nəticəsində Efiopiyada somalililərin sayı kifayət qədər çoxdur. Cənubi Somali, Sudan və bir sıra başqa ölkələrdən bir milyondan çox insan ölkəmizə miqrasiya edib. Onlar şəhər mərkəzlərində və miqrantlar üçün yaradılmış qaçqın düşərgələrində yaşayırlar. Biz onların təhlükəsiz şəkildə öz yurdlarına qayıtması üçün şərait yaratmağa çalışırıq.

Bu baxımdan, Cənubi Qafqazda baş verən problemləri çox yaxşı anlayırıq. Düşünürük ki, hər kəs öz torpağında ləyaqətlə yaşamalıdır. Azərbaycan Cənubi Qafqaz bölgəsində çiçəklənən bir dövlətdir və burada olmaqdan çox məmnunuq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir