Siyasət

Darya Qrevtsovadan AÇIQLAMA: “Ermənipərəst senatorların pulunu USAID ödəyir”

Sharing is caring!


“Məlum olduğu kimi, ABŞ hazırda Azərbaycana qarşı siyasət yürütməyə başlayıb. Ağ Ev rəsmi Bakını günahlandıraraq, açıq şəkildə ermənilərin tərəfini tutur. Bu isə ABŞ-nin siyasətinin hansı tərəfin lehinə olduğundan xəbər verir. Qeyd etdiyimiz səbəblərə görə, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda qalıb, fəaliyyət göstərməsi düzgün deyil”.

Bu fikirləri Bizim.media-ya açıqlamasında rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib.

USAID-in ermənipərəst rəhbərinin Azərbaycana qarşı çirkin kampaniyasını şərh edən Darya Qrevtsova hazırkı vəziyyətdə qurumun Azərbaycanda fəaliyyətinin mümkün olmayacağını qeyd edib:

“USAID ABŞ-yə, ABŞ konqresinə birbaşa tabe olan və erməni lobbisinin aktiv işlədiyi bir dövlət departamentidir. USAID hazırda erməni tərəfi üçün çıxış edən ABŞ siyasilərinin pulunu ödəyir. Həmçinin, amerikalı siyasilərin Ermənistana səfərlərini təşkil edir.

USAID rəhbəri Samanta Pauerin bu cür çıxışlar etməsi isə ilk belə hal deyil. Buna görə də mən düşünürəm ki, USAID-in Azərbaycanda fəaliyyəti çox təhlükəlidir. Hazırda ABŞ Azərbaycana qarşı açıq-aşkar çıxışlar edir. Bundan sonrakı mərhələdə USAID-in Bakıda fəaliyyəti Azərbaycanın daxili işlərinə burnunu soxmaq kimi qiymətləndirilməlidir.

Çünki USAID Azərbaycana qarşı olan hansısa bir layihəni maliyyələşdirə də bilər. Əslində, Azərbaycanda fəaliyyət göstərən USAID rəsmi Bakının siyasətini çox gözəl bilir. Hazırkı durumda Azərbaycanı zəiflətmək Vaşinqtonun maraqları çərçivəsindədir. Bu səbəbdən də USAID tərkibində kəşfiyyatçıların işləməsi ehtimalı qaçılmazdır”, – deyə Darya Qrevtsova bildirib.

Qurum rəhbərinin erməni lobbisinə satıldığını deyən politoloq USAID-in məhz Azərbaycanın erməni lobbisinə vurduğu ciddi zərbədən sonra aktivlik göstərdiyinə diqqət çəkib:

“Bakı USAID-lə isti münasibətləri olan Ruben Vardanyanı həbs etməklə həm də beynəlxalq təşkilatın iç üzünü ifşa etmiş oldu. Düzdür, erməni lobbisi ABŞ-də çox güclü bir təşkilatdır. Öncə onlar müxtəlif səsvermə kampaniyalarında sponsor kimi çıxış edirlər.

Həmçinin, biz onların rolunu bir sıra KİV-in fəaliyyətində də görə bilərik. Təbii ki, həmin KİV-dəki xəbərlərdə Azərbaycana qarşı açıq-aşkar məlumatlar işıqlandırılır və Ermənistanın tərəfi saxlanılır. Elə faktlar irəli sürülür ki, həqiqətə heç uyğun gəlmir. Buna misal olaraq Qarabağdan könüllü gedən insanları misal göstərmək olar. Hansı ki, onlar orada qala bilərdilər. Ancaq faktiki olaraq oradan qovulan Azərbaycan qaçqınları haqqında həqiqətlər təkzib edilir”.

“Bu da bizə onu göstərir ki, orada erməni lobbisinin gücü, sözü keçərlidir. Belə bir lobbiyə qarşı işləmək, təbii ki, bir az çətindir, ancaq mümkünsüz deyil. Azərbaycan bunun üzərində aktiv şəkildə işləyir. Buna misal olaraq, yaxın zamanlarda həbs olunan Ruben Vardanyanı göstərmək olar.

Məlumdur ki, onun Samanta Pauerlə, USAID ilə yaxın əlaqələri var idi. Yox, əgər ABŞ öz səhvini başa düşüb Azərbaycana qarşı adekvat addımlar atarsa, o zaman, bəlkə də, ABŞ-yə aid qurumların Azərbaycanda fəaliyyətinin bərpası mümkün olar. Ancaq hələlik bu istiqamətdə müsbət addımları biz görmürük”, – deyə analitik əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir