Siyasət

ABŞ-dən olan ekspert: “Aİ ölkələrinin XİN başçıları Paşinyanın əsassız bəyanatlarına inanmamalıdırlar”

Sharing is caring!


“Avropa İttifaqının xarici işlər nazirləri istər Nikol Paşinyanın, istərsə də başqalarının heç bir əsası olmayan, birtərəfli bəyanatlarına inanmamalıdırlar”.

Bunu “Report”a açıqlamasında ABŞ-dən olan jurnalist, təhlükəsizlik məsələləri üzrə analitik, hüquqşünas İrina Zukerman deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin iclasında səsləndirilən bəyanatlar Ermənistanın baş naziri Nikol Paşinyanın Paris Sülh Sammitindəki çıxışı ilə eynidir:

“O vaxt N.Paşinyan əsassız şəkildə bəyan etmişdi ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz planlaşdırır. Əslində, bu yanaşmanı uzun zamandır ki, erməni lobbisi də müdafiə edir. Məsələn, ABŞ dövlət katibi Antoni Blinkenin regiona səfərindən sonra “Politico” nəşri onun kiçik nümayəndə heyəti ilə (ehtimal ki, Nümayəndələr Palatasındakı erməni qrupu) müzakirələr aparmasına dair məlumat yaymışdı. Üstəlik, məlumatda qeyd edilmişdi ki, səfərdən sonra Dövlət Departamenti hadisədən narahat olub və buna görə də vəziyyəti yaxından izləyir. Lakin A.Blinken heç vaxt səsləndirilən fikirləri təsdiqləməyib və ictimaiyyətə bu istiqamətdə açıqlama verməyib. Bu isə özlüyündə hekayənin sülh danışıqlarını pozmaq, ABŞ və beynəlxalq ictimaiyyəti kənarda saxlamaq üçün yazılan povesti zənginləşdirmək üçün uydurulduğunu göstərir”.

İ.Zukerman vurğulayıb ki, etibarsız olduğunu sübut edən insanın qeyri-müəyyən və uydurulmuş açıqlamalarına əsaslanaraq çıxış etmək və inamı sarsıtmaq qəribə mənzərə yaradır:

“Ehtimallardan biri odur ki, Aİ nazirlərinin bəzilərini bu məsələdə Bakının mövqeyi çox narahat etmir. Onlar daha çox Rusiyanın gərginlik şəraitində növbəti təxribat törətmək cəhdindən çəkinirlər. Odur ki, onlar monitorinq mexanizmlərini gücləndirirlər. Digər ehtimal isə odur ki, onlar Paşinyanın sülh prosesinə qayıtmasını təmin etmək istəyirlər. Buna görə də bu yolla onun bütün iddialarına ciddi yanaşılacağını, araşdırılacağını və Ermənistanın narahat olacağı heç bir məsələnin qalmayacağını göstərməyə çalışırlar. Bu fonda Bakı ABŞ-dəki erməni lobbisinin aylarla davam edən mənasız ittihamlarını Aİ-yə açıqlamalıdır. Üstəlik, Brüsselə bildirməlidir ki, lobbiçilər prosesə etimadsızlıq toxumu səpmək və Bakını gözdən salmaq istəyirlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir