Siyasət

ABŞ-də Mayami küçələri Azərbaycan bayraqlarına büründü

Sharing is caring!


ABŞ-də azərbaycanlı tələbələrin təsis etdiyi “Azərbaycan-Amerika Gənclər Assosiasiyası”nın təşkilatçılığı ilə ABŞ-nin Florida ştatının Mayami şəhərində 8 noyabr Zəfər Gününə və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş avtoyürüşü keçirilib.

“Report” xəbər verir ki, həmvətənlərimiz Azərbaycan bayraqlarına bürünmüş avtomobillərlə şəhərin rəngarəng işıqlı mərkəzi meydan və prospektlərində hərəkət ediblər.

Avtomobil karvanının iştirakçıları şəhərin müxtəlif yerlərində dayanaraq “Yaşasın Azərbaycan!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.

Yerli sakinlər həmyerlilərimizin sevincini bölüşüb, onları tarixi qələbə münasibəti ilə təbrik ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir