Siyasət

Ukraynada müharibədə ölən, yaralanan və itkin düşən azərbaycanlıların sayı məlum olub

Sharing is caring!


Ukraynada genişmiqyaslı müharibədə başladığı gündən indiyədək ölən, yaralanan və itkin düşən azərbaycanlıların sayı açıqlanıb.

“Report”un Şərqi Avropa bürosunun apardığı özəl araşdırma nəticəsində məlum olub ki, bu müddət ərzində 130 azərbaycanlı həlak olub, 100-ə yaxını yaralanıb, 70-ə yaxını isə itkin düşüb.

İtkin düşənlərin əksəriyyəti Donetsk vilayətində, xüsusilə Mariupolda yaşayan həmyerlilərimiz olub.

Qeyd edək ki, bu rəqəmlər şəxsi araşdırmasının nəticələridir, rəsmi statistika deyil. Bu baxımdan rəqəmlər daha çox da ola bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir