Siyasət

Hakan Fidan Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi – FOTO

Sharing is caring!


Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Can Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edirəm.

Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır.

44 günlük mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm, Qarabağ Azərbaycandır!”, – XİN başçısı qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir