Siyasət

Səfir: “Hədəfimiz Türkiyəni dünyanın ən güclü iqtisadiyyatına malik ilk 10 dövləti sırasında görməkdir”

Sharing is caring!


“Hədəfimiz Türkiyəni dünyanın ən güclü iqtisadiyyatına malik ilk 10 dövləti sırasında görməkdir”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə açıqlamasında deyib.

Səfirin sözlərinə görə, hazırkı dövr Türkiyə üçün çox önəmli bir zamandır. O, qazi Mustafa Kamal Atatürkün “ən böyük əsərim Cümhuriyyətdir” dediyi Türkiyənin ötən 100 ildə daha da inkişaf edib böyük və güclü dövlətə çevrildiyini dilə gətirib.

C.Bağcı vurğulayıb ki, bundan sonra yeni hədəf Türkiyəni dünyanın ən güclü iqtisadiyyatına malik ilk 10 dövləti sırasında görməkdir:

“Bu gün güclü Türkiyənin inşa edilməsində siyasətçilərimizin, elm adamlarımızın, son 20 ildə isə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük əməyi var”.

Səfir Cümhuriyyətin 100-cü ilinin coşqusunu Türkiyə ilə birgə yaşayan Azərbaycan xalqına təşəkkür edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir