Siyasət

“Berliner Zeitung” nəşrində Cənubi Qafqaz regionundakı son hadisələrdən bəhs edən məqalə yayımlanıb

Sharing is caring!


Almaniyanın “Berliner Zeitung” qəzetində Tomas Fazbenderin Cənubi Qafqaz regionundakı son hadisələrdən bəhs edən məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllif 1991-ci ildə süqut edən SSRİ-dən miras qalmış dondurulmuş münaqişələrdən birinin Qarabağdakı xunta rejiminin kapitulyasiyası ilə başa çatdığını və bunun Azərbaycan üçün yeni geosiyasi səviyyəyə çıxmaq imkanı yaratdığını qeyd edib.

“Beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan qeyri-qanuni hərəkət etməyib. Başqa sözlə, güclünün qanununu deyil, öz qanunlarını tətbiq edir. Bakı öz ərazisində dövlət hakimiyyətini və bununla da Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Bu nöqteyi-nəzərdən onun hərəkətləri BMT Nizamnaməsinə uyğundur. Azərbaycana qarşı beynəlxalq sanksiyalar, çox güman ki, mənasızdır və onları hesaba almamaq lazımdır. Bu o deməkdir ki, paradoksal olsa belə, regionda geridönüşü olmayan yeni proseslərin başladığını ehtimal etmək olar. Lakin bu yeni başlanğıcdan ən çox Ermənistan qazana bilər”, – deyə məqalədə bildirilib.

Məqalədə bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan üçün münaqişənin hərbi fazasının dəqiq başa çatdığını qeyd edib. Bakı Zəngəzur dəhlizinin eksterritoriallığına can atmır, söhbət yalnız beynəlxalq hüquqa uyğun olaraq status-kvo əsasında avtomobil və dəmir yollarının açılmasından gedir.

Ermənistan ilə razılığa gəlmək mümkün olmadığı təqdirdə Azərbaycanın ilə Türkiyənin “B” planı hazırdır: İran ərazisindən Araz çayının sahili ilə cənubdan və Ermənistan ərazisindən şimal marşrutuna paralel əlaqə.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir