Siyasət

Prezident: “Növbəti illərdə milli enerji şəbəkəmizi gücləndirəcək dövlət proqramının icrasını planlaşdırırıq”

Sharing is caring!


“Növbəti illərdə biz qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Bu, çox zəruridir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Ölkəmizin təbii sərvətlərinin istifadəsi üçün böyük potensialın olduğunu deyən dövlətimizin başçısı külək enerjisinin potensialını xüsusi vurğulayıb.

“Külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir.

Bunu, ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə, Xəzər dənizində külək çox güclüdür, hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir