Siyasət

Baş prokuror Qarabağ separatçılarının rəhbərlərinin istintaqından danışıb

Sharing is caring!


Azərbaycanın Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələr yaradaraq onların fəaliyyətini təşkil edən, özlərini qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” kimi təqdim edən Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David İşxanyan və digərlərinin istintaqları davam edir.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

O söyləyib ki, istintaq beynəlxalq konvensiyalara, standartlara və Azərbaycanın daxili qanunvericiliyinə uyğun olaraq aparılır.

“İstintaqın nəticəsi barədə Azərbaycan ictimaiyyətinə məlumat veriləcək. Qeyd etməliyəm ki, heç bir cinayət cəzasız qalmır. Cəzanın labüdlüyü, cəzasızlıq mühitinin olmaması bütün dövlətlərdə, sahələrdə vacibdir, o cümlədən haqqında danışdığım hallarla bağlı”, – K.Əliyev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir