Siyasət

Kayzi Pyer: “Makron sələflərindən daha çox müstəmləkəçilik xəttinə sadiqdir”

Sharing is caring!


“Yeni Kaledoniya sakinləri fransız xalqına qarşı deyil, bu ölkənin müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparırlar”.

“Report” xəbər verir ki, bunu Yeni Kaledoniyanın Lifu kommunasının bələdiyyə müşaviri Kayzi Pyer Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Biz fransızlarla mübarizə aparmırıq. Onlara böyük hörmətimiz var. Bu ölkənin müstəmləkəçilik siyasəti bizi qane etmir. Fransanın Prezidenti Emmanuel Makron sələflərindən daha çox müstəmləkəçilik xəttinə sadiqdir”, – o vurğulayıb.

Müşavir qeyd edib ki, Fransa Yeni Kaledoniya xalqının nailiyyətlərini azaltmağa çalışır, bununla da öz müstəmləkəçilik siyasətini həyata keçirir.

O, mübarizənin Makron hökumətinə qarşı olduğunu, hətta Fransanın Yeni Kaledoniyanı müstəqillik iddiasında olan ölkələr siyahısından çıxarmaq istəyinə baxmayaraq, mübarizənin davam edəcəyini vurğulayıb.

O bildirib ki, Bakı Təşəbbüs Qrupu müxtəlif xalqların Fransa metropoliyasında məruz qaldıqları haqsızlıq və təzyiqlərlə bağlı öz təcrübəsini bölüşmək imkanı verir:

“Biz müstəmləkəçilik məsələlərini müzakirə etməliyik, çünki Fransanın müdaxiləsi ilə azadlıq üçün müraciət edənlər siyahısından çıxarıldıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir