Siyasət

Həmid Həmidov: “Azad edilmiş ərazilərin bərpa-quruculuq tempi heyrətamizdir” – VİDEO

Sharing is caring!


“Bizim hamımız üçün çox əhəmiyyətli bir günlə əlaqədar sizi təbrik edirəm. Hər şey ondan başladı ki, Heydər Əliyev bizim indi gördüklərimizin əsasını – ərazi bötövlüyümüzün bərpasının təməllərini qoydu. Ölkəmizin daxili siyasi, iqtisadi həyatına stabillik gətirdi”.

Bu sözləri 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar CBC telekanalına müsahibəsində “Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidov deyib.

H.Həmidov xatırladıb ki, hələ 20 il əvvəl prezident səlahiyyətlərinin icrasına başlayan İlham Əliyev ölkəmizin suverenliyini bərpa edəcəyinə söz vermişdi:

“Bununla əlaqədar biz planlı şəkildə hərbi güdrətimizi artırdıq, Ordumuzu gücləndirdik, ən müasir silahlar aldıq, zabit heyəti ölkə xaricində təlimlərdə iştirak edib peşəkarlığını artırdı, Ordumuzun tədricən NATO standartlarına keçidi baş tutdu və bütün bu illər ərsində Silahlı Qüvvələrimiz əsaslı şəkildə inkişaf edərək, bütün xarici ekspertlərin də təsdiq etdiyi kimi, dünyanın ən müasir, ən güclü ordularından birinə çevrildi”.

H.Həmidov bildirib ki, işğaldan azad edilən ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin tempi heyrətamiz səviyyədədir.

“Biz hər gün sizinlə bərabər vətəndaşlarımızın Füzuliyə, Laçına, Ağdama və işğaldan azad edilən ərazilərə qayıtdığını müşahidə edirik, işıqlandırırıq. Bizim gözləntimiz ondan ibarətdir ki, Qarabağa köçən insanlarımızın sayı getdikcə artacaq. Bu isə həmin regionun iqtisadiyyatını dirçəldəcək, Qarabağımızı cənnətə çevirəcək”, – H.Həmidov vurğulayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir