Siyasət

Məhəmməd Muradlı: “Səkkiz ildən sonra yenidən dünya çempionu olmağı bacardım”

Sharing is caring!


“Prezident İlham Əliyev hər zaman idmançılarımıza dəstək göstərir. Bunun sayəsində də belə nəticələr ortaya çıxır. Qazandığımız bu qələbəni də ölkə başçısının qayğısına həsr edirik”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında şahmatın blits növü üzrə gənclər arasında dünya çempionu olan Məhəmməd Muradlı deyib.

O, İtaliyadakı dünya çempionatında çıxışı barədə danışıb:

“Əsas məqsədim dünya çempionatında həm rapid, həm də blits növlərində uğurlu çıxış edərək iki qızıl medal qazanmaq idi. Rapid üzrə bunu bacarmadım. Bundan sonra artıq bütün gücümü toplayaraq blits növündə mübarizə apardım. Sevindirici haldır ki, proseslər istədiyim kimi getdi. 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərimi üstələdim və dünya çempionu oldum. Mənim üçün çox xoş haldır ki, səkkiz ildən sonra yenidən dünya çempionu olmağı bacardım. Gələcəkdə də uğurlu nəticələr qazanmağa çalışacağam”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir