Siyasət

Vətən müharibəsi: Füzuli şəhərinin və yeddi kəndin işğaldan azad edilməsindən üç il keçir – VİDEO

Sharing is caring!


Bu gün Füzuli şəhərinin və Füzuli rayonunun yeddi kəndinin işğaldan azad edilməsindən üç il keçir.

Oxu.Az xatırladır ki, Azərbaycan Ordusu 2020-ci ilin bu günü Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərini düşmən tapdağından azad edib.

Və nəhayət, həmin gün Füzuli şəhəri erməni işğalçılarından təmizlənib.

Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına Prezident İlham Əliyev canlı yayımda çatdırıb. 

Prezident qələbə sevincini həm də “Twitter”də (hazırda “X” – red.) xalqla bölüşmüşdü.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir