Siyasət

Ali Cengiz Köseoğlu: “Azərbaycan da daxil olmaqla, qardaş ölkələrlə əməkdaşlığa önəm veririk”

Sharing is caring!


“Azərbaycan da daxil olmaqla qardaş ölkələrlə əməkdaşlığa önəm veririk”.

Bunu “Report”un Ankara Bürosuna Yıldırım Bayazit Universitetinin (YBU) rektoru Ali Cengiz Köseoğlu bildirib.

Rektor deyib ki, türk dünyası ilə bağlı əlaqələrdə YBU Türkiyədəki universitetlər arasında ilk yerləri tutan ali təhsil ocaqlarındandır: “Bu baxımdan bizim universitet yeganə ali təhsil ocağıdır ki, Özbəkistanda araşdırma mərkəzi açdı. Biz özbək qardaşlarımızın hüquqlarının modernləşməsi ortaq hüquq dərsləri tədris edirik”.

Ali Cengiz Köseoğlu təhsil və hüquq sahəsində Türkiyənin 100 illik fəaliyyətində qazandığı təcrübəni Azərbaycanla da bölüşməsinin mümkün olduğunu deyib: “Bu təcrübələrimizi azərbaycanlı qardaşlarımızla da paylaşmağı çox istərdik. Zatən türk dünyası ilə tələbə mübadiləsi davam edir. Universitetimizdə çoxlu sayda azərbaycanlı tələbə var. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsini arzu edirik. Universitetimiz qardaş ölkələrlə hüquq sahəsində əməkdaşlıq etməyə, bacardığımız dəstəyi verməyə hazırdır. Bu baxımdan Özbəkistandakı mərkəz modelini Azərbaycan və digər türk dövlətlərində də qura bilərik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir