Siyasət

Deputatlar 17 məsələyə görə toplaşacaqlar – GÜNDƏLİK

Sharing is caring!


Milli Məclisin növbəti plenar iclası oktyabrın 17-də keçiriləcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi;

2. “Energetika haqqında” qanun layihəsi (ikinci oxunuş);

3. “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

4. Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

5. “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

6. Azərbaycanın 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

7. “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

8. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

9. “Ovçuluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

10. “Sosial xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

11. “Poçt haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

12. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

13. Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

15. “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

16. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycanın 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir