Siyasət

Yurduna qayıdan sakin: “Füzuliyə qayıtmağım ad günümə hədiyyə oldu”

Sharing is caring!


“Bu gün ikiqat sevinc içindəyəm. Həm 73 yaşım tamam olur, həm də Füzuliyə qayıdıram. Füzuliyə qayıtmağım ad günümə hədiyyə oldu”.

Bu sözləri Füzuliyə qayıdan Paşayeva Laura “Report”a öz təəssüratlarını bölüşərək deyib.

42 yaşı olanda doğma yurdundan çıxdığını deyən L. Paşayeva bildirib ki, Füzuliyə qayıtmağın sevincini sözlə təsvir etmək olmur.

“30 ildən sonra qayıdırıq öz torpağımıza. Bu gün isə çoxdandır gözlədiyimiz xəyallarımız gerçəkləşir”.

Füzuli sakini onlara yaradılan şəraitlə görə dövlət başçısı İlham Əliyevə, torpaqlarımızın azadlığı uğrunda əziyyət çəkən igidlərimizə təşəkkür edib, şəhidlərə rəhmət diləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir