Siyasət

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının Bişkekdə görüşü keçirilə bilər

Sharing is caring!


“Moskva 12 oktyabrda Müstəqil Dövlətlər Birliyinin (MDB) Bişkek sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir”.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında həll olunmalı məsələlərlə bağlı dialoq prosesini heç vaxt dayandırmayıb.

“Azərbaycan tərəfi artıq prinsipial razılığını verib. Biz gözləyirik ki, Ermənistan tərəfi də bu məsələyə məsuliyyətlə yanaşacaq və belə danışıqlarda iştirak etməyə razı olacaq”, – deyə Mixail Qaluzin vurğulayıb.

Mənbə: RBK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir