Siyasət

Şamil Ayrım: “Türk Dünyası Notariat Birliyi türk dövlətləri arasında ortaq hüququn təməlini qoyur”

Sharing is caring!


“Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Ədliyyə nazirliklərinin yaratdığı Türk Dünyası Notariat Birliyi ortaq hüququn yaradılmasının əsasını qoyur”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım bildirib.

Onun sözlərinə görə, TDT-yə üzv olan dövlətlərin notariat qurumlarının birgə imzaladıqları anlaşma memorandumu notariatlar birliyinin inteqrasiyasına böyük dəstək verəcək:

“Birliyin qurulması ilə əlaqədar ikitərəfli və çoxtərəfli görüşlərin keçirildiyi, müzakirələrin aparıldığı, tərəflərin belə bir birliyin qurulmasını dəstəklədikləri məlumdur. Türk dövlətləri daxilində hüquqi sənəd birliyinin, məlumat bazasının yaradılması zəruri bir prosesdir. Türk dünyası üçün xeyirli, uğurlu olsun!”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir