Siyasət

Bakıda Beynəlxalq Astronavtika Konqresi işini davam etdirir

Sharing is caring!


Bakının ev sahibliyi ilə 74-cü Beynəlxalq Astronavtika Konqresi işinə davam edir.

Oxu.Az xəbər verir ki, konfransın ikinci günündə Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində tədbirlər keçirilir, eləcə də bu iki möhtəşəm bina arasında yerləşən Sərgi pavilyonunda müxtəlif stendlərdə nümunələr sərgilənir.

Saat 10:00-dan 18:00-a qədər 74-cü Beynəlxalq Astronavtika Konqresi iştirakçıların üzünə açıqdır.

Konqresin ikinci günü müxtəlif mövzularda toplantılar və texniki sessiyalar keçiriləcək.

74-cü Beynəlxalq Astronavtika Konqresinə gələn 20-dək astronavt üçün xüsusi proqram hazırlanıb.

Bu gün saat 12:00-da NASA-nın mətbuat konfransı baş tutacaq.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir