Siyasət

Emin Hüseynov: “Qarabağ İqtisadi Zonasında atılan addımlar səmərəli olub”

Sharing is caring!


“Son 3 ilin təcrübəsinə əsasən deyə bilərəm ki, Qarabağ İqtisadi Zonasında atılan addımlar səmərəli olub”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan Ümumdünya Məskunlaşma Günü forumunda panel çıxışında deyib.

O bildirib ki, biz əsas maraqlı tərəfləri, münaqişənin təsirinə məruz qalan məqamları müəyyənləşdirməliyik:

“Daha sonra bərpa yenidənqurma işlərinə cəlb ediləcəkləri, ərazilərə köçürüləcək şəxsləri müəyyən etməliyik və onların maraqlarına xidmət etməliyik. Bütün bunlar təhlil və araşdırmaların nəticəsində dəqiqləşdirilir. Bunun üçün dövlət proqramı hazırlanıb. Bu proqram özündə müfəssəl yol xəritəsini ehtiva edir. Orada hansı qurumlar, harada, nə zaman, hansı fəaliyyətləri göstərəcəyi öz əksini tapıb. Bunların nəticəsində də əldə ediləcək yekun məsələlər də öncədən planlaşdırılıb. Belə ki, hadisələr öz cığırından çıxa bilir. Belə anlar olduqda biz baş verən hadisələrin detallarını nəzərə almalıyıq. Risklər də gözönündə tutularaq tədbirlər görülməlidir”.

Emin Hüseynov onu da qeyd edib ki, ən mühüm məsələ qarşılıqlı məlumatlandırma məsələsidir:

“Hazırda bərpa prosesində spesifik məlumatlar yoxdur. Bəzən geri qayıdıb gələcək layihələr üçün nələrisə dəyərləndirmək lazımdır. Bu gələcəkdə icra ediləcək layihələrin daha da mükəmməl olması üçün önəmlidir. Biz ciddi şəkildə bu qaydalara, koordinasiyaya önəm veririk”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir