Siyasət

Parlamentdə bir dəqiqəlik sükut

Sharing is caring!


“Sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri zamanı Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları, eləcə də xunta rejimi darmadağın edilib, Azərbaycanın suverenliyi bütün ərazisində bərpa olunub”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlament sədri Sahibə Qafarova bildirib.

“Xalqımıza bu sevinci yaşadan Prezident, Ali Baş komandan İlham Əliyevə, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edirəm”, – deyə Sahibə Qafarova əlavə edib.

Spiker qeyd edib ki, indi Azərbaycanla Ermənistan arasında sülh daha yaxındır.

Milli Məclisin iclasında Birinci və İkinci Qarabağ müharibələri zamanı, Qarabağdakı antiterror tədbirləri zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir