Siyasət

Azərbaycan polisi və tibb işçiləri Qarabağın erməniəsilli sakinlərinə köməklik göstəriblər – FOTO

Sharing is caring!


Azərbaycan polisi və tibb işçiləri Qarabağın erməniəsilli sakinlərinə köməklik göstəriblər.

“Report” xəbər verir ki, ərazidə xidmət aparan polislər içərisində erməniəsilli sakinlər olan avtomobilin yolun kənarında dayandığını görüblər.

Dərhal Şuşa polisi köməklik məqsədilə avtomobilə yaxınlaşıb. Onlar avtomobilin içərisində olan iki erməniəsilli sakinin halının pisləşdiyini görüblər və əraziyə təcili tibbi yardım briqadası çağırıblar.

Dərhal əraziyə gələn tibb işçiləri erməniəsilli sakinlərə müvafiq yardımlar göstəriblər.

Daha sonra isə erməniəsilli sakinlər Xankəndidən Gorus istiqamətinə hərəkət ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir