Siyasət

Nazirlər Kabineti gələn ilin büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verib

Sharing is caring!


Nazirlər Kabineti Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, eləcə də, gələn il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında layihənin Prezident İlham Əliyevə təqdim edilməsi ilə bağlı qərar imzalayıb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əsasən, layihələr “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir