Siyasət

Prezident İlham Əliyev italiyalı həmkarına başsağlığı verib

Sharing is caring!


Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu ünvanlayıb.

President.az-ın xəbərinə görə, məktubda deyilir:

“İtaliya Respublikasının keçmiş prezidenti, görkəmli dövlət xadimi Ciorcio Napolitanonun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Ciorcio Napolitanonun Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir