Siyasət

İrlandiyalı ekspert: “Qarabağda yaşayan ermənilərin reinteqrasiyası regionda sülhü təmin edəcək”

Sharing is caring!


“Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası regionda sülhü təmin edəcək”.

Bunu “Report”a açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş deyib.

Onun sözlərinə görə, Qarabağın erməni sakinlərinin Azərbaycanın tamhüquqlu vətəndaşı olması vacibdir.

Ekspert vurğulayıb ki, Azərbaycanın onlara digər vətəndaşlarından fərqli davranacağı ilə bağlı təhlükə yoxdur:

“Dialoq və qarşılıqlı əlaqə vasitəsilə indi yeni başlanğıc mümkündür. Belə ki, erməni sakinlər tolerant və multikultural dövlətdə yaşamağın onların öyrəşdikləri qapalı cəmiyyətlə müqayisədə böyük üstünlüklərə malik olduğunu başa düşəcəklər”.

Politoloqun fikrincə, reinteqrasiya Cənubi Qafqazın bütün xalqları üçün uzunmüddətli sülh, sabitlik və firavanlığı təmin edən yeganə vasitədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir