Siyasət

Prezident: “Qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır”

Sharing is caring!


“Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı deyib ki, o cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar:

“Sual olunur. Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi? Axı İkinci Qarabağ müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə dəfələrlə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub çıxmalıdır bizim torpağımızdan. Bu, bizim suveren hüququmuzdur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir