Siyasət

Türk Dövlətləri Təşkilatı Qarabağdakı terror aktlarını pisləyib

Sharing is caring!


Türk Dövlətləri Təşkilatı (TDT) Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı törətdiyi təxribatlardan ciddi narahatlığını ifadə edir, Azərbaycanın Qarabağ iqtisadi rayonunda dinc əhali və Azərbaycan əsgərlərinin ölümünə səbəb olan son terror aktlarını pisləyir.

Bu barədə TDT-nin bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisində qanunsuz mövcudluğu, minaların yerləşdirilməsi, təbii sərvətlərin istifadəsi, silah-sursat və hərbi texnikanın qaçaqmalçılığı, eləcə də şəxsi heyətin qeyri-qanuni rotasiyasının həyata keçirilməsi normallaşma prosesinə ciddi zərbə vurur.

Təşkilat həyata keçirilən antiterror tədbirlərinin Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşuna reinteqrasiyasını təmin edəcəyinə qəti əminliyini ifadə edir.

Eyni zamanda, terrorla mübarizə tədbirlərinə təkan verən təxribat nəticəsində şəhid olan hərbçilərin ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir