Siyasət

TDT-nin Baş katibi Xəzər Biznes Forumunda əsas məruzəçi qismində çıxış edib – FOTO

Sharing is caring!


Türk Dövlətlər Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev BMT Baş Assambleyasının 78-ci sessiyasının kuluarlarında 4-cü İllik Xəzər Biznes Forumunda əsas məruzəçi qismində çıxış edib.

Bu barədə Baş katib sosial şəbəkədə yazıb.

“BMT Baş Assambleyasının 78-ci sessiyasının kuluarlarında “Caspian Center”in ev sahibliyi etdiyi 4-cü İllik Xəzər Biznes Forumunda əsas məruzəçi olmaq şərəfinə nail oldum. Təşkilatımız və gördüyümüz verimli iş haqqında əsas məqamları belə hörmətli auditoriya ilə bölüşmək şərəf idi”, – qurumun rəhbəri qeyd edib.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən Xəzər Biznes Forumu 2016-cı ildən etibarən ABŞ-də təşkil olunur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir